Nizamlı kadr uçotu əməkdaşların sənədləri ilə işləməyə və əlaqəli hesablamalar üçün məlumatları vaxtında toplamağa kömək edir. AzerAudit kadr sənəd dövriyyəsini təşkil etməyə, mövcud vəziyyəti yoxlamağa və lazım olan dəyişiklikləri müəyyənləşdirməyə dəstək göstərir.

Əsas istiqamətlər

  • Kadr uçotunun və sənədlərlə iş qaydasının qurulması.
  • Razılaşdırılmış əməliyyatlar üzrə kadr sənədlərinin aparılması.
  • Məlumatların tamlığının yoxlanılması və fərqlərin aşkarlanması.
  • Kadr sənədlərinin bərpası və sistemləşdirilməsi.

İş nədən başlayır?

Əməkdaş sayını, istifadə olunan proqramı, əməliyyatları və sənədlərin vəziyyətini müzakirə edirik. Sonra şirkətin hansı məlumatları təqdim etdiyini, mütəxəssisin hansı işləri gördüyünü və dəyişikliklərin necə qeydə alındığını razılaşdırırıq.

Kadr uçotu 1C və əməkhaqqı hesablamaları ilə əlaqəli olduqda lazım olan sazlamaları və proses iştirakçıları arasında məlumat mübadiləsi qaydasını ayrıca müəyyənləşdiririk.

Xidmətin tərkibi və qiyməti

Əməkdaş sayı, kadr əməliyyatlarının həcmi, nəzərdən keçirilən dövr və sənədlərin vəziyyəti nəzərə alınır. Yoxlama, bərpa və müntəzəm aparılma ayrıca tapşırıqlar ola bilər.

Tez-tez verilən suallar

Kadr uçotunu təhvil verməzdən əvvəl sənədləri yoxlamaq olarmı?

Bəli, seçilmiş dövr və ya sənədlər üzrə yoxlama apararaq hansı məlumatların dəqiqləşdirilməli olduğunu müəyyən etmək mümkündür.

İlkin müzakirə üçün hansı məlumatlar lazımdır?

Əməkdaş sayını, istifadə olunan sistemi və əsas çətinlikləri qeyd etmək kifayətdir. Bu mərhələdə şəxsi sənədlərin təqdim edilməsi tələb olunmur.

Xidmətə daxildir

Kadr uçotunun qurulması+

Mövcud HR-Kadr xidmətlərinə aşağıdakılar daxildir:

  • tam kadr uçotunun aparılması (prosesin optimallaşdırılması, böyük həcmdə sənədlərin təhlilinə kömək);
  • kadr qeydlərinin sıfırdan qurulması (şirkətində müxtəlif prosesləri necə effektiv qurmağı bilməyən yeni başlayan sahibkarlar üçün ən yaxşı seçimdir);
  • sənədlərin kadr auditi (mümkün səhvləri aşkar etmək və aradan qaldırmaq üçün bütün mövcud kadr sənədlərinin və sənədlərin yoxlanılması daxildir. Yoxlanılmanın sonunda bərpa proseduru ilə bağlı ətraflı tövsiyələr verilir);
  • kadr uçotunun bərpası (sənəd dövriyyəsini qaydaya salır, cari kadr uçotu və səriştəsiz idarəetmə zamanı bərpa proseslərini həyata keçirir);
  • kadrların seçilməsində və müsahibələrin təyin edilməsində kömək (müəyyən edilmiş xüsusiyyətlərə uyğun işçilərin axtarışı, ilkin seçimin aparılması və rəhbərliklə görüşlərin əlaqələndirilməsi həyata keçirilir);
  • işçilərin işdən azad edilməsi (müəyyən bir işçinin işdən azad edilməsi zərurəti yarandıqda operativ kadr yardımı);
  • kadrların sertifikatlaşdırılması (kadrların səriştəsini və onların vəzifəyə/əməkhaqqına uyğunluğunu tez qiymətləndirməyə imkan verəcək işçilərin sınaqdan keçirilməsinin təşkili);
  • birdəfəlik xidmətlər (şirkət birdəfəlik kadr uçotunun aparılması üçün xidmətlər göstərə bilər).
Kadr uçotunun aparılması+

KADR UÇOTU NƏDİR? NƏ ÜÇÜN LAZIMDIR?

Kadr uçotunun aparılmasında məqsəd kadr sənədləri ilə işləmək üçün effektiv işləyən sistem yaratmaqdır. Kadr uçotu bütün şirkətin işini optimallaşdırmaq üçün lazım olan effektiv planlaşdırma vasitəsi və məlumat mənbəyidir.

Kadr uçotu mövzusu sahibkarları hər zaman maraqlandırıb. Şirkət ilk işçini işə götürdükdə kadr uçotu başlayır. Kadr uçotu müəssisədə bütün işçilərlə bağlı sənədlərdir. İşə qəbul, işdən kənarlaşdırma, yerdəyişmə, əmək haqqı, cəzalar, mükafatlar bu sənədlərə daxildir.

Biz kadr uçotunun tam şəkildə aparılmasını həyata keçiririk.

Xidmətlərə aşağıdakı əməliyyatlar daxildir:

  • Kadr uçotunun AR qanunvericiliyə uyğun təşkili
  • Əməkdaşların şəxsi işlərinin yaradılması
  • Əmək müqavilələri və ona əlavələrin tərtib olunması, onlayn qeyd və təkrar qeydiyyat
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçilərlə əmək müqavilələrinin bağlanması və xitam verilməsi
  • Xəstəlik vərəqəsinin, Sosial, Əmək məzuniyyətinin rəsmiləşdirdiyi (Əmr və digər sənədlərin yazılması),
  • İcbarı Sığorta əməliyyatların icrası
  • Maaş kartların bankda sifarişi
  • Əmək haqları üzrə ştat cədvəllərinin hazırlanması
  • Vaxt uçotu tabeli hazırlanması
  • Əmrlər və digər kargüzarlıq sənədlərinin tərtib olunması.
  • Xüsusi proqramda kadr proseslərinin avtomatlaşdırılması.
  • İşçilərin işə qəbul olunması və işdən azad edilməsi, Məzuniyyət, səyahət və s. ilə bağlı, istirahət, qeyri-iş və bayram günlərində görülmüş işlərlə bağlı vəzifəsinin dəyişdirilməsi ilə bağlı zəruri sənədlərin hazırlanması və əmrlərin rəsmiləşdirilməsi
  • İşçilərin sosial sığortası və onların sosial sığorta kartların sifariş edilməsi
  • İşçilərin əmək kitabçaların yazılması
  • İşçinin ay ərzində iş saatlarını əks etdirən cədvəlin hazırlanması
  • Müfəttiş yoxlaması mövzusunda kadr qeydlərinin yoxlanılması
  • Tələb olunan kadr prosesləri üzrə prosedurların yazılması

Kadr uçotunun aparılması işini digər işçilərə - menecerlərə,mühasiblərə tapşırmaq düzgün deyil. Bu işo insan resursları üzrə mütəxəssislərə həvalə etmək lazımdır.

Geri qayıt

Layihənizi müzakirə edək

Tapşırığınızı bizə yazın. Mütəxəssisimiz sizinlə əlaqə saxlayacaq.

Bizə yazın