
Vergi işi sənədlərin, uçot məlumatlarının və hesabatların bir-birinə uyğun olmasını tələb edir. AzerAudit Bakıda şirkətlərə konkret vəziyyəti təhlil etməyə və razılaşdırılmış tapşırıqlar üzrə məlumatların hazırlanmasını təşkil etməyə kömək edir.
Hansı məsələlərlə müraciət etmək olar?
- Vergi uçotunun və ilkin sənədlərlə işin təşkili.
- Vergi hesabatları və bəyannamələri üçün məlumatların hazırlanması.
- Sənədlər və uçot məlumatları arasındakı fərqlərin araşdırılması.
- Konkret əməliyyatlar üzrə suallar və yoxlamaya hazırlıq üçün sənədlərin nəzərdən keçirilməsi.
İşin gedişi
Əvvəlcə sualı, dövrü və lazım olan məlumatların siyahısını müəyyənləşdiririk. Sonra təqdim edilmiş məlumatları öyrənir, çatışmayan sənədləri dəqiqləşdirir və növbəti addımları razılaşdırırıq. Tapşırıqdan asılı olaraq bu, məsləhət, müəyyən uçot sahəsinin yoxlanılması və ya hesabat materiallarının hazırlanması ola bilər.
Qiymətə nə təsir edir?
Sənədlərin həcmi, əməliyyatların sayı, nəzərdən keçirilən dövrlər və sualın mürəkkəbliyi. İlkin müraciətdə vəziyyəti və gözlənilən nəticəni təsvir etmək kifayətdir. Sənədlərin ötürülmə qaydasını ayrıca razılaşdırırıq.
Tez-tez verilən suallar
Yalnız bir sualla müraciət etmək olarmı?
Bəli, bütün uçotu həvalə etmədən konkret əməliyyatı və ya çətinliyi müzakirə etmək mümkündür.
Məsləhət, yoxsa uçotun bərpası lazımdır?
Bu, məlumatların vəziyyətindən asılıdır. Əvvəlki dövrlərdə boşluqlar varsa, əvvəlcə hansı sənədlərin və uçot sahələrinin bərpa edilməli olduğunu müəyyənləşdiririk.
Xidmətə daxildir
Vergi Konsultasiyası+
Vergi məsləhətləri xidməti nədir?
Bu gün bizneslə məşğul olan hər kəs vergi qanunvericiliyi ilə bağlı məsələlərlə üzləşir. Vergi qanunvericiliyi, Vergi Məcəlləsi isə o qədər mürəkkəb və spesifikdir ki, bunu sərbəst, vergi konsultasiyası almadan başa düşmək həmişə mümkün deyil.
Dünyanın əksər inkişaf etmiş ölkələrində vergi konsultasiyası sahibkarlıq fəaliyyəti kimi uğurla inkişaf edir. Beynəlxalq təcrübə göstərir ki, vergi məsləhətləri xidməti biznesin inkişafına, ölkələrin iqtisadiyyatında vergi mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.
Vergi konsultasiyası aşağıdakıları əhatə edir:
1-Konkret vəziyyətlərdə Vergi Məcəlləsinin səmərəli tətbiqinə dair vergi məsləhətləri xidmətinin göstərilməsi;
2-Vergi növləri üzrə ödəmələrdə ən yaxşı həll yollarını müəyyən etmək üçün tövsiyələrin hazırlanması;
3-Mühasibat yaxud vergi uçotu, hesabatların, o cümlədən vergi bəyannamələrinin tərtibi istiqamətində məsləhətlərin verilməsi, İnternet vergi idarəsi haqqında sualların cavablandırılması;
4-Vergi məsləhətləri xidmətləri üçün müraciət etmiş fiziki və hüquqi şəxslərin maraqlarının Dövlət Vergi Xidməti orqanlarında, digər qurumlarda təmsil olunması.
Autsorsinq çərçivəsində fəaliyyət göstərən şirkətimizin ixtisaslı vergi ekspertləri biznesiniz üçün sərfəli həll yollarını tapmaqda kömək edəcək. Bizimlə siz qanunu pozmadan pulunuza qənaət edə bilərsiniz.
Vergi konsultasiyası – sizin cərimə və sanksiyalardan mühafizənizdir!
Vergi Planlaşdırılması+
Vergi planlaşdırması dedikdə qanunvericiliklə müəyyən edilmiş azadolmalardan güzəştlərdən və üsullardan istifadə etməklə vergi öhdəliklərinin azaldılması başa düşülür. Vergi planlaşdırması zərurəti müxtəlif situasiyalar üçün konkret vergi rejimləri nəzərdə tutan, vergitutma bazasının hesablanması üçün müxtəlif üsullardan istifadəyə imkan verən və vergi ödəyicilərinə müxtəlif güzəştlər təklif edən vergi qanunvericiliyində öz əksini tapmışdır.
Vergi planlaşdırmasının məqsədi vergi ödənişlərini minimallaşdırmaq imkanı verən yolun seçilməsidir. Sahibkarlıq fəaliyyətinin konkret subyektində vergi planlaşdırması mövcud vergi qanunvericiliyi çərçivəsində vergi yükünün azaldılması məqsədilə fəaliyyətin hüquqi formalarının optimal quruluşunun seçilməsi deməkdir. Vergi, vergi ödəyicisinin mülkiyyətinin müəyyən bir hissəsinin dövlətin xeyirinə əvəzsiz tutulması olduğundan, vergi ödəyicisinin verginin ödənilməsi nəticəsində ona dəyəcək «ziyanı» azaltmaq imkanı verən üsulu seçmək hüququ var və bu məqsədlə qanunvericiliyin yol verdiyi bütün vasitələrdən istifadə edə bilər. Vergi planlaşdırması idarəetmə fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Subyektinə görə vergi planlaşdırması korporativ vergi planlaşdırma- sına, şəxsi vergi planlaşdırmasma və qarışıq vergi planlaşdırmasma bölünür. Korporativ vergi planlaşdırması müəssisə səviyyəsində vergi ödənişlərinin planlaşdırılması deməkdir. Burada mənfəətvergisinə və əmlak vergisinə xüsusi diqqət yetirilir. Şəxsi vergi planlaşdırması fiziki şəxslərin vergi ödənişlərinin həcminin planlaşdırılması deməkdir. Bu zaman vətəndaşların gəlirlərindən və vərəsəlik yolu ilə keçən əmlakdan tutulan vergilərə xüsusi diqqət yetirilir.
Bundan başqa elə vergilər də var ki, onların planlaşdırılması həm korporativ, həm də şəxsi vergi planlaşdırması dairəsinə düşür, məsələn, əmlak vergisi, torpaq vergisi, gömrük rüsumları və s. Vergi planlaşdırmasmm əsas prinsiplərini aşağıdakı kimi ifadə etmək olar:
- qanunilik
- optimallaşdırmaya vergi orqanlarının və məhkəmə praktikasının münasibətini bilmək;
- perspektivlilik.
- planlaşdırmanın mərhələliyi;
- planlaşdırmanın maliyyə nəticələrinin ilkin hesablanması;
- vergi planlaşdırmasmm forma və üsulları barədə qərarın qəbul edilməsinin kollegiallığı.
-
Vergi planlaşdırmasmm əsas üsulları aşağıdakılardır:
- vergitutma obyektinin dəyişdirilməsi;
- vergitutma obyektinin parçalanması;
- vergitutma subyektinin dəyişdirilməsi;
- vergi yurisdiksiyasmm dəyişdirilməsi;
- iqtisadi fəaliyyət formasının dəyişdirilməsi;
- güzəşt hüquqları əldə etmək üçün xüsusi tədbirlərin həyata keçirilməsi.
Beynəlxalq vergi planlaşdırılması, bundan irəli gələn vergi öhdəliklərinin mümkün olan ən aşağı səviyyəsinə çatmağa yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi və aktivlərin bölüşdürülməsi üçün ən optimal qanuni vergi metodlarının seçilməsidir
